
Region Liqasında debüt mövsümünü keçirən «Difai»də baş məşqçi dəyişikliyi olub.
Qarabağ qazilərinin əsasını qoyduğu klub tanınmış futbol adamıyla işbirliyinə start verib.
Vaxtilə millinin və «Bakı»nın şərəfini qorumuş Paşa Əliyev komandanın sükanı arxasına gətirilib. Keçmiş hücumçu minimum mövsümün sonunadək Şuşa təmsilçisini çalışdıracaq.
Bnadək baş məşqçi səlahiyyətlərini yerinə yetirmiş Aydın Qasımov da iş yerini tərk etməyib. O, Əliyevə köməkçi təyin olunub.
«Difai» Region Liqasının ən uğurlu iştirakçılarından biridir. Paytaxt zonasının «B» yarımqrupunda qüvvəsini sınayan kollektiv vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.
SPORTİNOF.AZ