“AFFA ilə danışıqlar gedir ki, indi kluba köməklik olunsun”

30 İyun 2022 16:00 Qəbələ 1 779
“AFFA ilə danışıqlar gedir ki, indi kluba köməklik olunsun”

“Hazırda maliyyə cəhətdən çətinlik çəkirik. Bu, dəqiqdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

Gələn ay Konfrans Liqasında iştirak edəcək əyalət klubu maddi problemlərlə üzləşib. Klub funksioneri bildirib ki, bunun həll yolu var:

“Mövcud vəziyyətdən çıxış yollarını tapmışıq. Həm AFFA-nın, həm də sponsorlarımızın köməyi ilə digər xərclərimizi qarşılaya bilirik.

Bundan sonra bizim üçün müəyyən vaxt yaranır ki, AFFA-dan kluba ayrılacaq büdcənin nə vaxt və necə bölünəcəyini tan aydınlaşdıraq.

Biz də bilirik ki, indi məsələ ötən ildəkindən bir qədər fərqlidir. Görürük ki, federasiyaya da vaxt lazımdır.

AFFA ilə danışıqlar gedir ki, indi hansısa formada kluba köməklik olunsun. Çünki Konfrans Liqasındakı oyunla bağlı hazırki vəziyyətdən çıxmalıyıq.

Ondan sonra digər məsələləri gedişatda müzakirə edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi