Sabiq "Qarabağ"lı legioner: "Qarabağ - Azərbaycandır!"

15 İyul 2020 14:50 Qarabağ 1 236
Sabiq "Qarabağ"lı legioner: "Qarabağ - Azərbaycandır!"

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək olub.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı makedoniyalı yarımmüdafiəçi cəbhə bölgəsində baş verən hadisələrlə bağlı paylaşım edib.

4 qat Azərbaycan çempionu olan oyunçu sosial şəbəkədə "Başın sağ olsun, Azərbaycan" həştəqini və üzərində "Qarabağ - Azərbaycandır!" yazılan fotonu paylaşıb.

Muarem Muarem son olaraq ölkəsinin "Şkupi" komandasında çıxış edib. O, 2012 - 2015-ci illərdə və 2016/2017 mövsümündə Ağdam təmsilçisinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!