Tahir Gözəl: "Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm"

26 Fevral 2020 19:30 Qarabağ 1 471
Tahir Gözəl: "Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm"

"Qarabağ"ın bazasında Azərbaycanın qan yaddaşının səhifələrindən olan Xocalı faciəsinin 28-ci ildönümünə dair tədbir keçirilib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl bu gün komanda ilə görüşüb.
Görüş faciə qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.Daha sonra T.Gözəl həm Azərbaycan, həm də ingilis dillərində 28 il bundan əvvəl baş verən Xocalı faciəsi haqqında ətraflı danışıb və futbolçulara geniş məlumat verib:

"Qarabağ barəsində fikir ifadə etmək həmişə çətindir. Bu ad hər zaman tarixin müəyyən dönəmlərində çətin, acılı məqamlarla üzləşib.

Bu gün həmin ağır günlərdən biridi. Yaddaşımızı hər zaman yeniləməyə ehtiyac var. Düz 28 il bundan qabaq bəşər tarixinin ən önəmli faciələrindən biri yaşanıb.

Xocalıda, öz evlərində yaşayan 613 məsum, tamamilə günahsız insan qətlə yetirilib. Nə qədər uşaq valideynsiz qalıb.

Cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəshinə qətliam törədilib. Bugün o şəhidləri ehtiramla yad edirik. Ailələrinin, xalqın acılarını paylaşıyırıq.

Təsəvvür edin, 100 ailə təmamilə məhv olub. Bu səbəbdən "Qarabağ" Futbol Klubu fərqli missiya daşıyır. `Qarabağ` Futbol Klubunun məqsədi bütün dünyaya Xocalı faciəsini, qətliamını, Qarabağın – torpaqlarımızın işğalını bütün dünyaya çatdırmaqda vasitəçilik etməkdi.

Tam səmimi deyirəm, əsas məqsədimiz budu. Bizim məqsədimiz klubun adına xidmət etməkdi. Necə? Klub adına başarılı futbol oynamaq, uğurlar qazanmaq və təbii ki, klubunun özəl mənəviyyatını sərgiləməklə. "Qarabağ" FK üçün mənəviyyat hər şeydən daha önəmlidi.

Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm. Və mən düşünürəm ki, biz birliyimizlə, cəsarətimizlə, başarılarımızla, mənəviyyatımızla bu adı daşımağa layiqik.

Biz Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik. Başda klubun prezidenti Abdulbari Goozalin baxışlarıyla bütünləşən klubumuzun fəlsəfəsiylə qürur duyuruq. Bir daha qeyd edirəm ki, Xocalı faciəsi nəinki Azərbaycanın, eyni zamanda bütün ümumbəşəri faciədir".

Digər Xəbərlər
Xəbər Lenti