"Qarabağ"dakı "Bayer"li: "Karyeramda bundan dramatik oyunlar olmayıb"

17 Mart 14:50 Qarabağ 1 048
"Qarabağ"dakı "Bayer"li: "Karyeramda bundan dramatik oyunlar olmayıb"

"Karyeramda bundan dramatik oyunlar olmayıb, heç bir matç buna çatmaz".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer 04"ə qarşı keçirdikləri oyunla bağlı danışarkən deyib.

Sergey Tırtışnının yutub kanalına açıqlama verən 27 yaşlı qolkiper bu cür məğlubiyyətin məyusedici olduğunu söyləyib:

"Hər iki görüşdə 2:0 öndə olduq və üstünlüyü əldən verdik. Artıq özümüzə gəlməliyik.

Bu, keçmişdə qalıb. Təhlil etmək, qollara səbəb olan epizodları incələmək lazımdır".

İki qarşılaşmanın cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” Avropa Liqasının 1/4 finalına yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"