“Qarabağ”dan hücumçunu 1 milyona alacaqlar? - İdman direktoru gəldi, baxdı, bəyəndi

16 Mart 2024 17:20 Qarabağ 6 891
“Qarabağ”dan hücumçunu 1 milyona alacaqlar? - İdman direktoru gəldi, baxdı, bəyəndi

“Beşiktaş”ın idman direktoru Samet Aybaba “Qarabağ”ın hücumçusu Olavio Juninyonu bəyənib.

Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, mütəxəssis braziliyalı qolçunun İstanbul təmsilçisinə xeyir verəcəyini düşünür.

Azərbaycan çempionunun Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04”lə Almaniyada keçirdiyi oyunu tribunadan izləyən Aybaba 27 yaşlı forvardın performansından məmnun qalıb.

O, rəhbərliyə Juninyo ilə bağlı müsbət raport təqdim etmək qərarına gəlib.

“Ağ-qaralar” mövsümün sonunda keçidi reallaşdırmaq üçün “Qarabağ”la danışıqlar aparacaq.

Juninyonun transfer dəyəri 1 milyon avroya bərabər göstərilir. Forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

“Qarabağ”ın “Bayer 04”ə 2:3 hesabı ilə məğlub olduğu matçda Juninyo bir qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti