"Qarabağ" çox da tanınmayan liqada oynayır, lakin..."

01:50 Qarabağ 119
"Qarabağ" çox da tanınmayan liqada oynayır, lakin..."

"Atletik"in forvardı Robert Navarro Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirdikləri matç (3:1) haqda danışıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşdə komandasının son qolunu vuran 23 yaşlı hücumçu Ağdam təmsilçisinin onları yorduğunu etiraf edib:

"Qarabağ" çox da tanınmayan liqada oynayır, lakin parlaq rəqabət aparan bir komandadır. Onlar daha əvvəl "Kopenhagen" və "Benfika" üzərində qələbə qazanmışdılar.

Bu oyunda bir az əziyyət çəkməli olduq. Amma üç xalı əldə etdiyimiz üçün çox şadıq".

İspaniyalı forvard vurduğu qoldan da danışıb:

"Çox xoşbəxtəm. Matçın əvvəlində qol buraxdıqdan sonra oynamaq heç vaxt asan deyil.

Komandamız hesabı bərabərləşdirmək və üstünlüyü ələ keçirmək üçün çox çalışdı. İkinci hissədə meydana çıxdığım. Bu qolu vurduğum üçün çox şadam."

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu