“Bu, reallaşmış bir yuxudur”.
Sportinfo.az xəbər verir ki, bunu “Atletik”in hücumçusu Qorka Quruzeta Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ı 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Dubl edərək UEFA tərəfindən matçın ən yaxşısı seçilən 29 yaşlı forvard çox sevincli olduğunu bildirib:
“Düzdür, Liqa mərhələsində üçüncü tur idi. Amma demək olar ki, finala bərabər matç oldu.
Qalib gəlməkdən başqa yolumuz yox idi. “San-Mames”də Çempionlar Liqası oyununda qələbə qazanmaq və bunu iki qolla etmək mənim üçün həqiqətən bir yuxunun gerçəyə çevrilməsidir”.

