"Tənqidlər haqlıdır, Qurban Qurbanov ondan istədiyini ala bilmir" - VİDEO

15:00 Qarabağ 588
"Tənqidlər haqlıdır, Qurban Qurbanov ondan istədiyini ala bilmir" - VİDEO

«Qurban Qurbanov ondan istədiyini ala bilmir».

Bu sözləri «Sportinfo TV»də yayımlanan «Avropa Həftəsi» verlişində iştirak edən «rekord»un redaktoru Anar Xanlarov deyib.

Tanınmış jurnalist Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində keçirilən «Atletik» - «Qarabağ» matçından (3:1) danışıb.

O, Nəriman Axundzadəyə yönəlik azarkeş tənqidinə haqq qazandırıb, bildirib ki, gənc hücumçu baş məşqçinin etimadını doğrultmur.

Uzun illərdir media sektorunda çalışan A.Xanlarovun fikrincə, Axundzadə ona yaradılan şansdan, verilən şansdan düzgün istifadə etmir, Çempionlar Liqası kimi Avropanın ən mötəbər klub turnirində özünü göstərməyə can atmır.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in dəstəyi ilə təqdim olunur.

YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti