"Atletik" mübarizə gördü, asan qələbə əldə etmədi"

20:40 Qarabağ 44
"Atletik" mübarizə gördü, asan qələbə əldə etmədi"

"Qarabağ"ın veteran müdafiəçisi Azər Məmmədov Sportinfo.az-a açıqlama verib.

Futbol mütəxəssisi bir vaxtlar formasını geyindiyi Ağdam klubunun Çempionlar Liqasının liqa mərhələsində "Atletik"dən aldığı məğlubiyyəti (1:3) şərh edib:

"Oyun bizim üçün əla başladı. Erkən qol vurduq. Amma ümumi baxası olsaq "Atletik" "Qarabağ"ı çox yaxşı analiz eləmişdi. Ən başlıcası "Qarabağ"a öz oyunun oynamağa imkan vermədilər.

Oyunun tempini demək olar 90 dəqiqə eyni saxladılar. Hər nöqtədə, hər zonada təzyiq edirdilər. İmkan vermirdilər oynamağa.

Təbii ki, İspaniya çempionatı ilə bizim çempionatın sürəti eyni deyil. Rəqib buna alışıb.

Ancaq hər şeyə rəğmən "Qarabağ"ın bizi Avropada yaxşı təmsil etdiyini deməliyəm. "Atletik" heç də asan qələbə əldə etmədi. Kifayət qədər yaxşı mübarizə gördü".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti