SON DƏQİQƏ: “Qarabağ”da narahatlıq aradan qalxdı – O, gəldi!

22 Yanvar 16:40 Qarabağ 10 635
SON DƏQİQƏ: “Qarabağ”da narahatlıq aradan qalxdı – O, gəldi!

Yassin Benzia “Qarabağ”a qoşulub.

Anasının vəfatı ilə bağlı qış toplanışını boşa verən əlcəzairli yarımmüdafiəçi artıq komandanın sıralarındadır.

29 yaşlı futbolçu yanvarın 19-da Bakıya təşrif buyurub, ertəsi məşqləri bərpa edib.

Benzianın bir aya yaxın müddətdə komandadan ayrı düşdüyünü nəzərə alsaq, yanvarın 24-də Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB ilə qarşılaşmada meydana çıxacağı inandırıcı görünmür.

“7 nömrə” cari mövsümdə bütün yarışlarda meydana çıxdığı 29 matçda 7 qol və eyni sayda assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Getdiyi ölkədən

Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 01:10 Azərbaycanın QAZANCI