“Qarabağ” Avropada dörd komandadan biri oldu ki…

12 Aprel 00:30 Qarabağ 402
“Qarabağ” Avropada dörd komandadan biri oldu ki…

“Qarabağ” Avropanın milli çempionatlarında 2023-24 mövsümündə ən çox qol vuran 4-cü komandadır.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Premyer Liqanın geridə qalan 29 turunda vurduğu 81 qolla buna nail olub.

Avropada cəmi 3 komanda çempionatdakı qol sayına görə Qurban Qurbanovun yetirmələrini üstələyir. Qitənin ən məhsuldar komandası TNS-dir.

Uels klubu 29 görüşdə 106 dəfə rəqib qapılarına yol tapıb. Niderland PSV-si eyni sayda matçda 89 dəfə fərqlənib.

“Qarabağ”ı qabaqlayan digər komanda isə “Fənərbağça”dır. Türkiyə nəhəngi 31 matçda 83 dəfə fərqlənib.

Orta məhsuldarlığa görə isə “Qarabağ” qitənin 6-cı komandasıdır. Ağdamlılar orta hesabla hər görüşdə 2,79 qol vurublar.

Azərbaycan çempionu bu baxımdan TNS (Uels – orta məhsuldarlıq 3,66 qol), PSV (Niderland – 3,07), “Linkoln” (Cəbəllütariq – 3,00), “Sportinq” (Portuqaliya – 2,93) və “Bayern”dən (Almaniya – 2,86) geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU