Qurban Qurbanovun reytinqi var, Miodraq Bojoviçin bəs?

26 Mart 09:20 Qarabağ 381
Qurban Qurbanovun reytinqi var, Miodraq Bojoviçin bəs?

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisinin sırasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun da adı var.

O, dünya reytinqində 140-cı yerdə qərarlaşıb.

52 yaşlı mütəxəssis 1670 xala malikdir. O, ötən cədvəllə müqayisədə 2 pillə geriləyib.

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç isə 1616 xalla siyahıda 196-cıdır.

Cədvələ 2224 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!