Qurban Qurbanov hələ “bitdi” deməyib...  “Qarabağ” final oynayacaq!

25 Mart 09:50 Qarabağ 12 959
Qurban Qurbanov hələ “bitdi” deməyib...  “Qarabağ” final oynayacaq!

Biz «Qarabağ»ı mötəbər turnirlərin ¼, yarımfinal və final oyunlarında izləyəcəyik.

İddia etmirəm ki, bu, gələn il, yaxud obiri il olacaq, ancaq olacaq.

Qurban Qurbanov hələ yolun əvvəlində olduğunu, öyrənməyə, inkişaf etməyə ehtiyac hiss etdiyini deyirsə, «bitdi», «qurtardı» söyləməyə, «film bu yerdə sona çatdı» fikri ilə təəssüflənməyə, yerimizdən qalxmağa, məyus və ağır addımlarla stadiondan, ekran başından ayrılmağa tələsməməliyik.

«Qarabağ» bu iki oyunda «Bayer»in qapısından üst-üstə 4 top keçirdi. Olan yerdən dörd topu da qaçırdılar.

O anları, epizodları təəssüf içində xatırlamayaq. Buna da şükür edək, qismətdir.

Bizə avro-həyacanı yaşadan Qurban Qurbanova, futbolçularına minnətdar olaq.

Tanrının yazdığına pozu olmaz. «Qarabağ» onun izni ilə bizlərə bugünləri bəxş etdi. Burada bir ilahi hikmət var, onu biz bilə bilmərik.

Gəlin, sabaha ümidlə boylanaq.

İnanaq ki, «Qarabağ»ın Bundesliqanın liderinə göstərdiyi əzm Azərbaycan futbolunu durğunluqdan çıxaracaq, yeni və ümumi sıçrayışa səbəb olacaq, digər klublarımız da bu nümunədən ibrət alaraq, Avropanın səmasını dolaşacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti