“Bayer”lə gücümüz bərabər olsaydı, daha da irəli gedərdik”

25 Mart 09:25 Qarabağ 457
“Bayer”lə gücümüz bərabər olsaydı, daha da irəli gedərdik”

“Qarabağ”ın Avropadakı oyunlarında bütün yerli klubların azarkeşlərinin bizi dəstəkləməsi, bizə hörmət etməsi çox xoşuma gəlir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Monteneqronun “Vijesti.me” nəşrinə açıqlamasında deyib.

Monteneqrolu legioner müsahibəsində klub və komanda yoldaşları haqqında maraqlı fikirlər səsləndirib.

O, Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə (3:2) uduzmalarından danışıb:

“Rəqiblə gücümüz bərabər olsaydı, daha da irəli gedərdik. Keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik.

İnanıram ki, növbəti mövsümdə avrokubokdakı nəticəni təkrarlayacağıq. Hətta daha böyük işlər görəcəyik.

Komandaya üstünlük yaratdığım o iki hərəkət (qol ötürmələri), nə məşqdə, nə də futbol məktəblərində öyrədilir”.

Digər Xəbərlər
Xəbər Lenti