COP29

“Qarabağ” 15 milyona görə bu transferə razıdır?

23 Mart 00:30 Qarabağ 22 208
“Qarabağ” 15 milyona görə bu transferə razıdır?

“Beşiktaş”ın idman direktoru Samet Aybaba "Qarabağ"ın hücumçusu Olavio Juninyonun transferinə görə klub nümayəndələri və hücumçunun özü ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotosport” nəşri məlumat yayıb.

Aybabanın Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın Leverkuzendə "Bayer"lə oyununu canlı izlədiyi və futbolçunu bəyəndiyi bildirilib.

Xəbərdə qeyd olunub ki, klub rəsmisi daha sonra "Neftçi"nin sabiq hücumçusu, hazırda "Partizan"da çıxış edən Mateus Saldanyanın oyununu izləyib və "Beşiktaş"a onun yox, Juninyonun daha faydalı olacağı qənaətinə gəlib.

"Qarabağ"ın isə braziliyalı hücumçu üçün "Beşiktaş"dan 8 milyon avro (təxminən 15 milyon manat) istədiyi bildirilib.

İstanbul klubu üçün hazırda bu məbləğin çox olduğu, ancaq "Beşiktaş" tərəfinin növbəti görüşlərdə qiymətin uyğun bir həddə gətiriləcəyinə inandığı vurğulanıb.

Bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 qol ötürməsi edib. Onun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin iyununa qədərdir.

"Qarabağ” bundan əvvəl Kadi Borgesi “Krasnodar”a 5 milyon avroya satıb (təxminən 9,2 milyon manat). Bu da klub üçün hələlik rekord transfer məbləği sayılır.

Digər Xəbərlər
Xəbər Lenti