COP29

"Qarabağ" ən yaxşı hücumçusunu satmaqdan imtina etdi - SON DƏQİQƏ

22 Mart 12:20 Qarabağ 15 855
"Qarabağ" ən yaxşı hücumçusunu satmaqdan imtina etdi - SON DƏQİQƏ

«Qarabağ» Juninyo ilə bağlı yeni qərarını verib.

Ağdam təmsilçisi Premyer Liqanın 27 turunda 15 qol vuran braziliyalı hücumçuya görə gələn təklifləri geri çevirib.

Ağdam təmsilçisi çempionatın bombardiri ilə vidalaşmaq niyyətində olmadığı barədə menecerləri məlumatlandırıb.

Qurban Qurbanov avrokuboklarda özünü yaxşı tərəfdən göstərən «sambaçı»nın xidmətindən hələ uzun illər yararlanmaq istəyindədir.

Baş məşqçi 27 yaşlı forvardın özünə də son sözünü deyib. Təcrübəli mütəxəssis irəli sürülən maliyyə şərtlərindən asılı olmayaraq, onu satmayacaqlarını bildirib.

«Köhlən atlılar» cənubi ameikalını ötən ilin yayında Portuqaliyanın birinci liqasından transfer edib. «Qarabağ» Juninyo üçün «Çaves»ə 400 min dollar təzminat ödəyib.

Adıçəkilən qolçunun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti