“Qarabağ” Tovuz səfərindən qələbə ilə qayıtdı.
İlk hissədə hesabda geri düçən ağdamlılar ikinci yarıda vurulan 3 qolla istəyinə çatdı. Nəticə öz yerində.
Martın 17-də Tovuz şəhər stadionunda əsl bayram havası yaşanırdı. Ölkəmizin Avropa arenalarındakı qürur mənbəyinin bölgəyə səfər etməsi yerli insanların marağına səbəb olmuşdu.
Tovuzlu azarkeşlər qonaq komandanın şəninə pankart açdı, oyundan əvvəl və sonra xüsusi diqqət göstərdi, bir sözlə, “Qarabağ” səfərdə özünü qonaq yox, meydan sahibi kimi hiss etdi.
Anşlaq hakimin final fitindən sonra da davam etdi. Son çempionun futbolçuları öz azarkeşlərinə təşəkkür edib paltardəyişmə otağının yolunu tutanda, bəzi oyunçuları yaxşı mənada təəccübləndirən mənzərə ilə üzləşdilər.
Tovuzlu futbolsevərlər “Qarabağ”ın ayrı-ayrı futbolçularının adlarını səsləndirib onları alqışlayınca, çaş-baş qalan top ustaları da onlara eyni üsulla – alqışlamaqla təşəkkür etdi.
HƏBİB / SPORTİNFO.AZ
Ürəklərə yağ kimi yayılan anların görüntülərini təqdim edirik.

