“Qarabağ”da ulduzu yenidən parladı, 5,5 ildən sonra ilk dəfə milliyə qaytarıldı

19 Mart 01:50 Qarabağ 925
“Qarabağ”da ulduzu yenidən parladı, 5,5 ildən sonra ilk dəfə milliyə qaytarıldı

“Qarabağ”ın legioneri Yassin Benzia Əlcəzair millisinə çağırılıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçları üçün milliyə dəvət alıb.

Ağdam təmsilçisində uğurlu çıxış edən 29 yaşlı orta sahə oyunçusu 5,5 ildən sonra ilk dəfə yığmanın heyətində yer alıb.

Azərbaycan Premyer Liqasının cari mövsümündə 9 qola imza atan Y.Benzia sonuncu dəfə 2018-ci ilin noyabrında Əlcəzair komandasına çağırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"