“Qarabağ” önündə son fitə qədər bütün gücümüzü ortaya qoyduq".
Sportinfo.az xəbər verir ki, bunu “Bayer 04”ün futbolçusu Robert Andrix “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı barədə danışarkən deyib.
Almaniya millisinin yarımmüdafiəçisi əzmkar qələbə qazanmalarını son saniyələrə qədər yüksək tempdə oynamaları ilə əlaqələndirib:
“Əlbəttə ki, həmişə belə olmur. Hər oyunda bu durumla üzləşmək istəmirik.
Yenə də əzmkar qələbə sayəsində irəliləməyi bacardıq. Sona qədər bütün gücümüzlə mübarizə apardıq və bəhrəsini gördük”.
İki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.

