Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Bayer Leverkuzen"ə məğlub olan (2:3) "Qarabağ" komandası Bakıya çatıb.
"Atlılar"ı gətirən təyyarə 15:00-da Hava Limanına eniş edib.
Ağdam təmsilçisini bir qrup azarkeş və çox sayda jurnalist qarşılayıb.
"Qarabağ" Almaniya klubu ilə Bakıda baş tutan ilk görüşdə bərabər qaldığı üçün (2:2) avrokuboklarla vidalaşıb.
XANOĞLAN / SPORTİNFO.AZ

