“Marsel”, “Liverpul”, “Qarabağ” - Ən uğurluların sırasında

15 Mart 2024 00:40 Qarabağ 831
“Marsel”, “Liverpul”, “Qarabağ” - Ən uğurluların sırasında

Avropa Liqasının rəsmi səhifələri ən uğurlu komandalarının siyahısını hazırlayıb.

Sportinfo.az xəbər verir ki, onların arasında “Qarabağ”da var.

Ağdam təmsilçisi 3-cü pillədə yer alıb.

Siyahı komandaların keçirdiyi son 5 oyunda əldə etdikləri nəticələrə aiddir.

Fransanın “Marsel” klubu birinci pillədə yer alır. Onlar 5 oyunun hamısını qalib bitirib. İkinci yerdə “Liverpul”, üçüncü pillədə isə “Qarabağ” qərarlaşıb. Hər iki komandanın hesabında 4 qələbə, 1 heç-heçə var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti