COP29

Bu, "Qarabağ" üçün hər şeyin sonu ola bilər – TƏHLÜKƏ VAR!

22 Fevral 17:00 Qarabağ 3 210
Bu, "Qarabağ" üçün hər şeyin sonu ola bilər – TƏHLÜKƏ VAR!

"Qarabağ" Avropanı təəccübləndirməyə davam edir.

Avropa Liqasının qrup mərhələsini tarixində ilk dəfə uğurla arxada qoyan komanda bununla dayanmaq fikrinə deyil.

Hər halda, pley-off mərhələsinin ilk matçı belə düşünməyə ciddi əsas verdi.

Portuqaliya təmsiçisi "Braqa" ilə səfərdə baş tutan görüşdə "Köhlən atlar" rəqibinə rəsmən meydan oxudu.

90 dəqiqə üstün futbol sərgiləyən Qurban Qurbanovun kollektivi sonda haqq etdiyi qələbə ilə meydandan ayrıldı - 4:2.

Dünya futbol ictimaiyyəti bu hesabın şokunu yaşayarkən, ölkəmizdə daha irihesablı qələbənin qeydə alınmamasının üzüntüsü yaşanırdı.

Yəni Braqada bu qədər inamlı, iddialı "Qarabağ" görmüşdük.

Bir qədər irəli gedib növbəti mərhələdə "kim rəqib olsun" sualı ətrafında baş sındıranlar da vardı.

Məncə, bu qədər tələsmək olmaz.

Bu gün həmin rəqiblə Bakıda daha ağır oyun bizi gözləyir.

İndi qarşımızda daha istəkli, qısas hissi ilə alışıb-yanan bir komanda var.

İtirəcəyi nəsə qalmayan qonaqlar startdaca bütün qüvvəsi ilə irəli atılacaq.

Qol(lar) vurmaq üçün mümkün bütün variantlardan istifadə edəcəklər.

Artur Jorjenin əlinin altında sürətli, təcrübəli bir kollektiv var.

Azca da şans yanlarında olsa, bütün xəyallarımız puç ola bilər.

Hələ erkən buraxılacaq qoldan, qırmızı vərəqə, əleyhimizə verilə biləcək penalti zərbəsi kimi başımıza gələ biləcək bədbin hadisələrdən danışmıram.

Yəni rəqib adına bir xoş qığılcım "Qarabağ" üçün hər şeyin sonu ola bilər.

Braqda parlaq qələbədən şoka düşmüşdük, Bakıda kabus yaşamaq ehtimalı da yox deyil.

Ən azı çətinlik mütləq olacaq. Futbolçular meydanda inanmalı, azarkeşlər tribunalarda 90 dəqiqə susmamalıdır.

Ümid edək ki, illərdi bizləri təəccübləndirməyə davam edən Ağdam təmsilçisi bu gün axşam da öz gözəl missiyasını növbəti mərhələyə yüksəlməklə davam etdirəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"