“Qarabağ” iki dəfə artıq əməkhaqqı ödəməyə razılaşdı – Yeni müqavilə şərtləri

3 Fevral 2024 14:00 Qarabağ 6 178
“Qarabağ” iki dəfə artıq əməkhaqqı ödəməyə razılaşdı – Yeni müqavilə şərtləri

“Qarabağ” Leandro Andrade ilə müqaviləni yenilədi.

Bununla Sportinfo.az-ın günlər öncə yaydığı xəbər rəsmi təsdiqini tapdı (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/189808.html).

Kabo-verdeli yarımmüdafiəçi ilə anlaşma 2027-ci il iyunun 30-dək uzadıldı.

Ölkəsinin yığmasının üzvü ilə 2 klubun maraqlanması hər kəsə bəllidir. Çindən “Şanxay Şenxua“ və Rusiyadan “Rubin“ afrikalıya dəvət göndərdiyi məlumdur.

Asiyalılar “Qarabağ“a 2,5 milyon avro təzminat ödəməyə hazır idisə, ruslar bundan 1 milyon avro az təklif edirdi.

“Köhlən atlılar“ Andradeni burada qalamağa razı salmaqla əsas istəyinə çatdı. Bunun üçün əlavə xərcə düşdüklərini də söyləməliyik.

Onun bundan sonra illik qazancı əvvəlki ilə müqayisədə 2 dəfə çox olacaq. Və get-gedə daha da artacaq. 350-400 min dollar civarında bir məbləğdən söhbət gedir.

24 yaşlı legioner 2022-ci ilin yanvarından komandanın formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub.

O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

Leandro “Qarabağ”da iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti