PFL-in prezidenti "Sportinfo"ya danışdı: "Qarabağ" lazım olanı bacardı"

4 Dekabr 2023 17:00 Qarabağ 951
PFL-in prezidenti "Sportinfo"ya danışdı: "Qarabağ" lazım olanı bacardı"

"Qarabağ"la Norveçə yollanan heyət arasında Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da yer almışdı.

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Atlılar"ın "Molde" ilə qələbəyə bərabər heç-heç ilə başa çatan matçından (2:2) sonra Elxan bəy qarşılaşma ilə bağlı fikirlərin Sportinfo.az-la bölüşüb:

"İlk öncə "Qarabağ" komandasını təbrik etmək istəyirəm. Həqiqətən, çox yaxşı oyun keçirdilər.

Gərgin qarşılama oldu. Birinci qoldan sonra inanırdıq ki, "Qarabağ" uduzmaz.

Düzdür, sonra rəqib iki qol vurdu. Amma sonda təmsilçimiz məğlubiyyətdən xilas olmağı bacardı".

Səmədov təmsilçimizin üz-üzə qaldığı çətinliklərdən də söz açıb:

"Hava şəraiti uyğun deyildi. Biz belə havaya öyrəşməmişik. Lakin əsas odur ki, yekunda komanda lazım olanı bacardı".

O, sonda "Qarabağ"ın avrokuboklardakı gələcəyindən də qısaca danışıb:

"Bəli, Konfrans Liqasında mübarizəni davam etdirəcəyimiz rəsmiləşdi. Amma Avropa Liqası üçün mübarizə davam edir.

Qarşıda "Hakken"lə evdə oyun var. İnanıram ki, son oyunda da qələbə qazanmaq mümkün olacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır