"Qarabağ" - "Marsel": Satış yaxşı gedir, az qaldı

23 Fevral 2022 11:20 Qarabağ 1 172
"Qarabağ" - "Marsel": Satış yaxşı gedir, az qaldı

"Qarabağ" və "Marsel" arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma üçün 12500-dən çox bilet alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq. Bu səbəbdən 15500 bilet satışa çıxarılıb.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti