Qurban Qurbanov “okey” verdi - Gedin bir az istirahət edin!

01:20 Qarabağ 145
Qurban Qurbanov “okey” verdi - Gedin bir az istirahət edin!

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın bir neçə aparıcı futbolçusuna istirahət verib.

Sportinfo.az xəbər verir ki, bu, ölkələrinin milli komandalarına dəvət alan oyunçulara şamil edilib:

Bildiyiniz kimi, mayın 31-də Azərbaycan Kubokunun finalı, iyunun əvvəlində isə yığmaların təlim-məşq toplanışları olacaq.

Komanda yay hazırlıq prosesinə də tez başlayacaq. Ona görə millilərinə dəvət alanlara bir neçə günlük istirahət verilib.

Premyer Liqanın növbəti turunun oyunundan əvvəl hamısı toplanışda olacaq.

Premyer Liqada çempionluğu təmin etmiş "Qarabağ" XXXV turda "Kəpəz"i qəbul edəcək. Qarşılaşma mayın 18-də keçiriləcək.

"Köhlən atlar" mayın 31-də Azərbaycan Kubokunun finalında "Sabah"la üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti