Hazırda “Qızıl buts”a əsas namizədlər KİMLƏRDİR?

10:00 Dünya futbolu 90
Hazırda “Qızıl buts”a əsas namizədlər KİMLƏRDİR?

“Real Madrid”in fransalı ulduzu Kilian Mbappe “Qızıl buts”a namizədlər arasına yüksəlib.

Sportinfo.az bu barədə “A Bola” nəşrinə istinadən xəbər verir.

Mükafat siyahısına 57 xalla “Sportinq”in hücumçusu Viktor Qyökeres başçılıq edir. “Liverpul”un vingeri Məhəmməd Salah 56 xalla ikinci yerdədir.

Kilian isə 54 xal ilə üçüncü yerdə qərarlaşıb.

İlk beşlikdə “Barselona”nın hücumçusu Robert Levandovski və “Bavariya”nın oyunçusu Harri Keyn yer alıb.

“Qızıl buts” UEFA-ya daxil olan ölkə çempionatlarının ən yaxşı bombardirinə verilir.

Digər Xəbərlər
Xəbər Lenti