“Qarabağ”a milyonlarla pul qazandıran hücumçu onları peşman edir...

12:40 Qarabağ 475
“Qarabağ”a milyonlarla pul qazandıran hücumçu onları peşman edir...

Qış transfer pəncərəsində “Qarabağ”dan ayrılan Olavio Juninyo yeni komandası “Flamenqo”da etimadları doğrultmur.

Sportinfo.az xəbər verir ki, böyük ümidlərlə transfer edilən 29 yaşlı hücumçu Braziliya klubunun heyətində az şans qazanır.

Juninyo son qolunu aprelin 4-də Libertadores Kubokunda Venesuelada “Deportivo Taçira”ya (1:0) vurub.

A Seriyasının ilk 7 turunda cəmi 4 oyunda fürsət qazanan braziliyalı futbolçu məhsuldarlıqla yadda qala bilməyib.

“Flamenqo” Olavio Juninyo üçün “Qarabağ”a 5 milyon avro ödəyib. O, “qırmızı-qaralar”la ümumilikdə meydana çıxdığı 18 oyunda 3 qol müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti