“Qarabağ” UEFA-nın gözündə - Görün, NEÇƏNCİDİR!

00:40 Qarabağ 103
“Qarabağ” UEFA-nın gözündə - Görün, NEÇƏNCİDİR!

Avrokubokların yarımfinal mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın 7 komandası cədvəldə yer alıb.

Ölkə çempionu “Qarabağ”ın 69-cu yerdə qərarlaşıb. Qurban Qurbanovun komandasının hesabında 32,000 xal var.

“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 318-ci, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 337-ci yeri bölüşənlər arasındadır.

Siyahıya 143,500 xala malik “Real” başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!