Qurban Qurbanov öncə belə hirsləndi, sonra danladı - VİDEO

27 Oktyabr 2025 11:40 Qarabağ 1 408
Qurban Qurbanov öncə belə hirsləndi, sonra danladı - VİDEO

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”lə keçirdikləri matçdakı (1:3) hərəkətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Epizod zamanı o, hücuma sona qədər çıxmayıb, əvəzində komanda yoldaşına etiraz edib.

“Qarabağ”ın baş məşqçi Qurban Qurbanovun bu vəziyyətə reaksiyası isə kameralara düşüb və sosial şəbəkədə geniş rezonans doğurub.

İzləyicilər Qurbanovun sərt reaksiyasını haqlı sayaraq, bu səviyyədə - xüsusən də Çempionlar Liqasında - belə davranışın qeyri-peşəkar olduğunu qeyd ediblər.

Bizdən xəbər tutun ki, hadisə elə “San Names“in meydanında qurtarmayıb. Qurbanov matçdan sonra Cəfərquliyevi möhkəm danlayıb.

Bildirib ki, o, həmin epizodda üzünü arxaya çevirməsəydi, qapıçının topunu ələ keçirə və boş «çərçivə»yə göndərə bilərdi. Müdafiəçi baş məşqçinin tənbehinə heç bir reaksiya verməyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti