“Qəzəbdən boğuluram” – “Qarabağ”ın “mühərrik”i

18 Mart 17:40 Qarabağ 2 625
“Qəzəbdən boğuluram” – “Qarabağ”ın “mühərrik”i

“Bayer”lə oyunlardan sonra hissləri sözlərlə ifadə etmək mümkün deyil”.

“Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç Leverkuzen təmsilçisi ilə cavab qarşılaşmasından sonra sosial şəbəkə hesabında etdiyi paylaşıma bu sözlərlə başlayıb.

Təmsilçimiz Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında, Bakıda Bundesliqanın lideri ilə heç-heçə oynamışdı – 2:2.

“BayArena”dakı oyunda da hər şey istədiyimiz kimi gedirdi. Elvin Cəfərquliyev növbəti dəfə komandasını azlıqda qoymasaydı, “Qarabağ” bəlkə də 2:3 hesabı ilə uduzmayacaqdı.

Ağdamlıların yorulmaq bilməyən “mühərrik”i mərhələnin keçilməməsinə görə qəzəbləndiyini, bu təcrübənin gələcəkdə işlərinə yarayacağını qeyd edib:

“Kədər və qəzəbdən boğuluram. Amma eyni zamanda komandamla fəxr edirəm. “Qarabağ”ı Avropa Liqasında təmsil etdiyim üçün bundan qürur duyuram. Çox xoşbəxtəm.

Hədəfə çata bilmədik. Fəxrlə deyə bilərəm ki, biz buna layiq idik. Baş verənlərdən nələrisə öyrənməyi bacardıqsa, deməli, biz qalibik”.

28 yaşlı futbolçu cari mövsümdə “Qarabağ”ın avrokuboklarda keçirdiyi 18 oyunun hamısında əsas heyətdə meydana çıxıb və 1 görüşdə əvəzlənib.

O, vurduğu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"