Federasiya prezidenti istefa verən məşqçini təhqir etdi: “O, əclafdır!” 

4 Avqust 2021 10:00 Qalmaqal 1 192
Federasiya prezidenti istefa verən məşqçini təhqir etdi: “O, əclafdır!” 

Ukrayna Basketbol Federasiyasının prezidenti Mixail Brodskiy Andrey Şevçenkonun yığma komandanı tərk etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Brodskiy Şeva haqqında sərt ifadə işlədib.

O, “facebook”da belə yazıb:

“Əlbəətə, Şevçenkonun haqqı var ki, 3 milyon avro məvacib tələb etsin. Amma mən hesab edirəm ki, o, əclafdır” (federasiya prezidenti statusda daha sərt ifadə işlədib).

Şevçenkonun Ukrayna Futbol Federasiyası ilə maliyyə məsələsində razılıq əldə etməyərək, postunu tərk etdiyi bildirilir. Onun ildə 3 milyon avro məvacib tələb etdiyi deyilir.

Amma tərəflər arasında danışıqların getdiyi və razılıq əldə oluna biləcəyi də bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?