İran millisinin hücumçusu Azərbaycanıın bölgə klubunda

5 Avqust 2020 20:40 Qadın futbolu 1 623
İran millisinin hücumçusu Azərbaycanıın bölgə klubunda

Şəkinin qadınlardan ibarət "Marxal" futbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, əyalət təmsilçisi iranlı Səba Səlimi ilə anlaşıb. Bu barədə məlumatı klubun təsisçisi Elgün Hüseynov verib.

22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacağı bildirilir. Təbrizdə anadan olan və əslən azərbaycanlı olan 22 yaşlı hücumçu indiyə qədər İranın "Ansar", "Hilal Ahmar" kimi klublarında çıxış edib.

Futbolçunun son klubu isə İraqın "Əl-Qatan" komandası olub. Səlimi bununla yanaşı İranın müxtəlif yaş qruplarından ibarət milli komandalarında da top qovub.

O, 2018-ci ildən sözügedən ölkənin əsas yığmasının şərəfini qoruyur (offsideplus.az).

Digər Xəbərlər
Xəbər Lenti