Afrikalı bu qız Bakıda yaşadığı hissləri unuda bilmir

26 Aprel 2020 19:00 Qadın futbolu 851
Afrikalı bu qız Bakıda yaşadığı hissləri unuda bilmir

Qambiyanın qadın futbolçusu Penda Bah 2012-ci ildə Azərbaycanda 17 yaşadək qızlar arasında keçirilmiş dünya çempionatını xatırlayıb.

Sportinfo.az xəbər verir ki, hazırda 22 yaşında olan kapitan FIFA-nın rəsmi saytına açıqlamasında çempionatda ilk qolunu məhz Bakıda vurduğunu bildirib.

“Orada üç oyunda məğlub olsaq da, mundialın mənim üçün yaxşı xatirələri var" deyən Bah bu çempionatın daim yaddaşında qalacağını söyləyib: "Qol epizodumun təkrarını izləməkdən yorulmuram. Şərhçi belə deyirdi: “Penda Bah Afrika komandası üçün tarix yazır".

Qambiya üçün daha bir tarixi hadisə bugünlərdə baş verib. FIFA-nın qadın komandalar üçün açıqladığı reytinq siyahısına ilk dəfə bu ölkə də daxil olub və 113-cü pillədə debüt edib.

Bakıdakı dünya çempionatının qalibi Fransa yığması olub. Qambiya qrup mərhələsində Şimali Koreyaya 0:11, ABŞ-a 0:6, Fransaya isə 2:10 hesabı ilə uduzub. Son qarşılaşmada Qambiyanın ilk qolunu 48-ci dəqiqədə Penda Bah vurub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"