Qız millimiz UEFA İnkişaf turnirində ikinci yeri tutdu

22 Aprel 2017 14:48 Qadın futbolu 890
Qız millimiz UEFA İnkişaf turnirində ikinci yeri tutdu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci yeri tutub.

Sportinfo.az xəbər verir ki, son oyunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız Lamiyə Qurbanovanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olmuş, növbəti qarşılaşmada isə Monteneqro yığmasına penalti seriyasında qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti