Millimiz UEFA turnirində qələbə qazandı - Penaltilər seriyasında

19 Aprel 2017 16:12 Qadın futbolu 859
Millimiz UEFA turnirində qələbə qazandı - Penaltilər seriyasında

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib. Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki,komandamız Monteneqro ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb. Turnirdə son oyununu aprelin 21-də Qazaxıstan komandasına qarşı keçirəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM