"Vurduğumuz 3-cü qol Azərbaycanı ruhdan saldı"

12 Mart 2020 09:28 Qadın futbolu 858
"Vurduğumuz 3-cü qol Azərbaycanı ruhdan saldı"

Qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşanı qəbul edib.

Sportinfo.az xəbər verir ki, polşalıların 5:0 hesablı qələbəsiylə yekunlaşan matçın ardından Miloş Stepinski AFFA-nın rəsmi saytına danışıb:

"Oyundan əvvəl müəyyən qorxumuz olsa da, nümayiş etdirdiyimiz futbol və əldə etdiyimiz nəticəyə görə çox xoşbəxtik. Son dəqiqəyədək 2:0 hesabı ilə irəlidəydik.

Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində daha 3 qol vurmağı bacardıq. Xüsusən, əks-hücum zamanı vurduğumuz 3-cü qol Azərbaycan yığmasını ruhdan saldı. Yeri gəlmişkən, yüksək qonaqpərvərliyə görə təşkilatçılara təşəkkür edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!