"Azərbaycanı udmaq üçün əlimizdən gələni edəcəyik"

11 Mart 2020 10:10 Qadın futbolu 540
"Azərbaycanı udmaq üçün əlimizdən gələni edəcəyik"

"Uçuşumuz uzun çəksə də, nəhayət Azərbaycandayıq.

İki ölkə arasında saat fərqinə rəğmən uyğunlaşdığımızı deyə bilərəm. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Polşa millisinin baş məşqçisi Miloş Stepinski martın 11-də Bakıda yığmamızla keçirəcəkləri AVRO-2021-in seçmə oyunu barədə danışarkən deyib.

35 yaşlı mütəxəssis bildirib ki, Azərbaycanın İspaniya və Çexiya ilə matçlarını izləyib: "Bizim üçün çətin oyun olacaq. Rəqib çox intizamlı və gənc komandadır. 5-4-1 taktiki düzülüşü ilə mübarizə aparır.

Xüsusən, müdafiədə daha yaxşı təsir bağışlayır. Azərbaycan Moldova yığmasına məğlub olmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Oyuna tam hazırıq, bununla belə, gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik".

Bu gün "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa oyunu saat 18:00-da başlayacaq. Çexiya, Moldova, Polşa və İspaniya ilə birgə D qrupunda yer alan yığma seçmə mərhələdəki ilk iki matçında səfərdə ispanlara, evdə isə çexlərə 0:4 hesabı ilə uduzub. Belarusla səfər görüşü də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:3.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı