Bizim qızlar görsün: Mərcə girdi, məşqə atla gəldi - FOTO

10 Mart 2020 16:28 Qadın futbolu 860
Bizim qızlar görsün: Mərcə girdi, məşqə atla gəldi - FOTO

AVRO-2021-in seçmə mərhələsində futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin rəqiblərindən olan Polşanın baş məşqçisi Miloş Stempinski maraqlı hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı mütəxəssis komandanın məşqinə atla gəlib.

Polşalı baş məşqçi futbolçularla mərc etdiyi üçün bu addımı atıb.

M.Stempinski Moldova ilə ev matçında rəqib qapısından 3 top keçirəcəkləri təqdirdə, məşqə atla gələcəyini söyləyib. Görüş komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşdığı üçün o, vədini növbəti məşq ərəfəsində gerçəkləşdirib.

Azərbaycan millisi martın 11-də Polşa ilə üz-üzə gələcək. "ASK Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Çexiya, Moldova, Polşa və İspaniya ilə birgə D qrupunda yer alan yığma seçmə mərhələdəki ilk matçında səfərdə pireneylilərə 0:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti