"Bohum"un futbolçusu milli komandamıza dəvət aldı

23 Yanvar 2020 16:52 Qadın futbolu 954
"Bohum"un futbolçusu milli komandamıza dəvət aldı

Bakıda təlim-məşq toplanışına başlayan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yanvarın 25-dən 30-dək Gürcüstanın Tbilisi şəhərində hazırlıq keçəcək.

Sportinfo.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində yanvarın 27-də və 29-da, saat 14:00-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Millinin heyəti belədir: Əliyeva Nərgiz – Marxal (Şəki), Əkbərova İlahə – 8-iOEUGiM (Bakı), Əlizadə Lamiyə – 8-iOEUGiM (Bakı), Zeriul Nisrina – Bohum (Almaniya), Nemətova Aytac – 8-iOEUGiM (Bakı), Niftəliyeva Ləmən – Fidan (Bakı), Mirzəliyeva Nigar – Balxurma (Balakən), Əliyeva Coşqunə – Marxal (Şəki), Bozkaya Neslihan – Kemer (Türkiyə), Rəhimova Sona – 8-iOEUGiM (Bakı), Arzik Semanur – Qazientep Karataş (Türkiyə), Səfəraliyeva Pərvin – 8-iOEUGiM (Bakı), Muradova Aysun – Balxurma (Balakən), Nəhmədova Alina – Balxurma (Balakən), Özge Şengel – 8-iOEUGiM (Bakı), Duran Ashenur – Antalyaspor (Türkiyə), Rəhimova Milana – 8-iOEUGiM (Bakı), Bir Irem – Qazientep Karataş (Türkiyə), Arzik Semanur – Qazientep Karataş (Türkiyə).

Digər Xəbərlər
Xəbər Lenti