Braziliyalı öncəgörən Karlinyos futbol dünyasını şoka salacaq açıqlama verib. Sportinfo.az xəbər verir ki, öncəgörən “youtube”dakı videosunda Çili millisi DÇ-2018-ə qatılacağı təqdirdə, millinin ölkə xaricində top qovan futbolçularından birinin öləcəyini deyib: “Çili millisi DÇ-2018-ə qatılacağı halda, yığmanın ölkə xaricində top qovan əsas futbolçularından biri oynamayacaq, çünki öləcək”.
53 yaşlı mediumun bu açıqlamasından sonra ağıla ilk olaraq “Bavariya”nın yarımmüdafiəçisi Aleks Vidal və “Arsenal”ın hücumçusu Aleksis Sançes gəlib. Karlinyos əvvəlki açıqlamarının düz çıxmasıyla gündəmə gəlmişdi. Belə ki, o, Braziliyada təşkil edilən DÇ-2014 zamanı bu ölkənin millisinin Almaniyaya 1:7 hesabıyla uduzacağını, Neymarın isə zədələnərək mundialı vaxtından əvvəl tərk edəcəyini açıqlamışdı.
Bu ilin mart ayında “Bir futbol komandasının üzvlərinin əksəriyyəti təyyarə qəzasında həlak olacaq. Bunu qeyd edin, bu dediyim qarşıdakı ilyarım ərzində baş verəcək” deyən öncəgörənin kəhanəti “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin qəzaya uğramasıyla gerçəkləşmişdi.

