Millimizin hücumçusu Rusiya klubu ilə müqavilə bağladı - FOTO

28 Dekabr 2019 13:13 Qadın futbolu 1 439
Millimizin hücumçusu Rusiya klubu ilə müqavilə bağladı - FOTO

Qadınlardan ibarət milli komandamızın hücumçusu Sevinc Cəfərzadə Rusiyada klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, yığmamızın 25 yaşlı forvardı Rusiya çempionatında bürünc medal qazandığı "Kubanoçka"dan "Yenisey"ə keçib.

Cəfərzadə Krasnoyarsk təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. Futbolçumuz Rusiyaya 2017-ci ildə yollanıb. Əvvəlcə "Donçanka"nın formasını geyinib, 5 oyun keçirib, 1 qol vurub.

2018-ci ilin əvvəlində isə "Kubanoçka"ya transfer olunub. O, Krasnodar təmsilçisinin heyətində meydana çıxdığı 12 görüşdə rəqib qapıçılarını 2 dəfə məyus edib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM