Millimizin baş məşqçisi: "Penaltilər haqlı qərar idi"

11 Noyabr 2019 11:57 Qadın futbolu 942
Millimizin baş məşqçisi: "Penaltilər haqlı qərar idi"

Qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Siyasət Əsgərov AÇ-2021-nin seçmə mərhələsi çərçivəsində Moldovaya(1:3) qarşı keçirilən oyundan sonra Moldova mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, Əsgərov yığmamızın 1:3 hesablı məğlubiyyətini şərh edib. Bununla bərabər o, millimizin iki futbolçusunun qırmızı vərəqə alması, qapımıza iki penalti təyin edilməsi haqda da fikirlərini səsləndirib: “Biz Moldovaya qələbə üçün gəlmişdik. Azərbaycanda da cavab oyunun keçiriləcək. Baş verənlər bizim üçün gözlənilməz və xoşagəlməzdir. Qapımıza təyin edilən penalti epizodları haqlı qərarlar idi. Hakimlərə heç bir etirazımız yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”