Yığmamızın Çexiya və Moldovaya qarşı heyəti - AÇ-2021

29 Oktyabr 2019 18:24 Qadın futbolu 765
Yığmamızın Çexiya və Moldovaya qarşı heyəti - AÇ-2021

Qadınlardan ibarət U-21 yığmamızın AÇ-2021-in seçmə qrup mərhələsi çərçivəsində noyabrın 7 və 10-da keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, D qrupunda mübarizə aparan millimiz Çexiya, 3 gün sonra isə Moldovayla qarşılaşacaq.

Qrupun ilk matçında səfərdə İspaniyaya böyük hesabla uduzan (0:4) xanımlarımız çexlərlə "ASCO Arena"da üz-üzə gələcək. Noyabrın 10-da isə Siyasət Əsgərovun başçılıq etdiyi yığma "Zimbru" stadionunda moldovanlarla qarşılaşacaq.

Hər iki oyun Bakı vaxtilə saat 16:00-da başlayacaq. Millinin heyəti belədir:

Şərifova Aytac - "Keflavik" (İslandiya), Tunc Gülsüm - "Hakkarigücü" (Türkiyə), Abdulova Nigar - "Keşlə", Məmmədova Kamilla - "Balxurma", Hacıyeva Vüsalə - "İjevsk" (Rusiya), Mollayeva Manə - "Ryazan" (Rusiya), Hacıyeva Nərgiz - "Ryazan" (Rusiya), Açar Yeliz - "Fatih Vətən" (Türkiyə), Məhsimova Jalə - "İjevsk" (Rusiya), Mirzəliyeva Nigar - "Balxurma", Nazlıcan Parlak - "Fatih Vətən" (Türkiyə), Quliyeva Roza - "Okjetpes" (Qazaxıstan), Əliyeva Aysun - "Fatih Vətən (Türkiyə), Teymurova Firəngiz - "İjevsk" (Rusiya), Seyfəddinova Vüsalə - "Ryazan" (Rusiya), Bakarandze Kristina - "Hakkarigücü" (Türkiyə), Cəfərzadə Sevinc - "Kubanoçka" (Rusiya), Dorofeyeva Alina - "Yenisey" (Rusiya), Məmmədova Diana - "Yenisey" (Rusiya), Qasviani Salome - "Lançxuti" (Gürcüstan), Rəhimova Sona - 8-İOEUGiM.

Digər Xəbərlər
Xəbər Lenti