“Üç futbolçumuz kimsəsiz uşaqlar evində böyüyür” - Millimizin baş məşqçisi

26 Oktyabr 2019 00:26 Qadın futbolu 807
“Üç futbolçumuz kimsəsiz uşaqlar evində böyüyür” - Millimizin baş məşqçisi

Azərbaycan Radiosunda yayımlanan "Extra Time" verilişinin növbəti canlı yayımı olub. Sportinfo.az xəbər verir ki, futbol üzrə qızlardan ibarət U-17 milli komandamızın baş məşqçisi Zamir Həsənov maraqlı faktlar açıqlayıb:

"Qız futbolu Azərbaycanda həm də sosial layihə kimi anlaşılmalıdır. Çünki bizim mentalitet müəyyən məqamlarda imkan vermir ki, qızlarımız futbolla məşğul olsun. Bu da bizə problem yaradır.

Avropa Çempionatına 2003-cü il doğumlu futbolçuları apardım. Federasiyamızda isə bu yaşda cəmi 29 futbolçu qeydiyyatdan keçib. Onlardan 20 nəfəri seçməyə məcburam. Bu da nəticəyə təsir edir.

Niyə sosial layihə kimi yanaşılmasını istəyirəm? Çünki milli komandamızın üç üzvü kimsəsiz uşaqlar evində böyüyür. Qalan qızların 90 faizi də bir valideyn himayəsindədir. Ona görə də, bu qızları tənqid etməmişdən əvvəl, heç olmasa bir dəfə maraqlansınlar ki, AFFA öz üzərinə belə bir yük götürüb.

Təbii, millidirsə, nəticə də lazımdır. Amma məqsədimiz o qızları cəmiyyətə qazandırmaq, onlarda özlərinə inam aşılamaq, ayaqları üzərində dayanmaqlarına dəstək olmaqdır. Onsuz da bu qızlar həyatda yetərincə çətinlik çəkir.

Heç olmasa, media, azarkeşlər bu məsələdə həssas olsunlar. Kimsəsiz uşaqlar evində böyüyən qız mətbuatda haqqında tənqid oxuyanda düşünür ki, mən heç kimə lazım deyiləm. Biz məşqçilər korpusu olaraq hər oyundan sonra birinci növbədə o qızları psixoloji olaraq yaxşı əhvala kökləmək üçün mübarizə aparırıq. Bu, çox çətindir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı