Növbəti biabırçılıq! - Farer adalarına da uduzduq

23 Oktyabr 2019 18:02 Qadın futbolu 1 237
Növbəti biabırçılıq! - Farer adalarına da uduzduq

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qrupda keçirdiyi ilk görüşdə Sloveniyaya 0:6, ardınca Norveçə 0:5 hesabı ilə uduzan Zamir Həsənovun komandası bu dəfə də meydanı başıaşağı tərk edib. Milli "cırtdanlar"la da bacarmayıb. Beləcə, yığmamız qrupda hər üçü görüşü məğlubiyyətlə və hətta qol hesabını açmadan başa vuraraq fiaskoya uğrayıb.

Avropa çempionatının seçmə mərhələsi

23 oktyabr

Azərbaycan - Farer adaları 0:1

Qol: Rasmussen, 73.

Hakimlər: Yelena Yermolayeva (Latviya), Liqa Didrike (hər ikisi Latviya), Svitlana Qruşko, Katerina Usova (hər ikisi Ukrayna)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!