AÇ-2020: Millimizin biabırçı nəticəsi - 2 oyuna 11 qol!

20 Oktyabr 2019 18:29 Qadın futbolu 697
AÇ-2020: Millimizin biabırçı nəticəsi - 2 oyuna 11 qol!

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Zamir Həsənovun başçılıq etdiyi komanda Norveçlə qarşılaşıb. Yığmamız 0::5 hesabı ilə uduzub.

Millimiz ilk görüşdə Sloveniyaya 0:6 hesabı ilə uduzub.

2007-ci ildən təşkil edilən qitə çempionatının final mərhələsi gələn il mayın 9-dan 22-dək İsveçdə keçiriləcək. Milli komandamız 5-ci qrupda mübarizə aparır və oyunlar Farer adalarında keçirilir. Yığmamızın qrupda son oyunu oktyabrın 23-də meydan sahiblərinə qarşı olacaq.

AÇ-2020. 5-ci qrup. 1-ci tur

20 oktyabr

Norveç - Azərbaycan 5:0

Qollar: Lundbalad, 1, Omarsdottir, 6-pen, 18, Dirdal, 19, Hernes,33

Baş hakim: Sulema Qonsales Qonsales (İspaniya)
Baş hakimin köməkçiləri: Eliana Fernandes Qonsales (İspaniya), Hentse Petur Pall Uinter (Farer adaları)
Dördüncü hakim: Rani Andrasson Skaalum (Farer adaları)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"