FİASKO! Azərbaycan 0:6 hesabı ilə məğlub oldu - AÇ-2020

17 Oktyabr 2019 18:01 Qadın futbolu 1 000
FİASKO! Azərbaycan 0:6 hesabı ilə məğlub oldu - AÇ-2020

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi AÇ-2020-nin seçmə qrup mərhələsində mübarizəyə başlayıb. Sportinfo.az xəbər verir ki, 5-ci qrupda yarışacaq yığmamızın rəqibləri Norveç, Sloveniya və ev sahibi Farer adaları olacaq.

Zamir Həsənovun başçılıq etdiyi "zəriflərimiz" qrupun ilk turu çərçivəsində Sloveniya ilə qarşılaşaıb. İlk 20 dəqiqədə 3 top buraxan yığmamız fasiləyə qədər daha iki zərbə alıb - komandamızım 2 futbolçusu meydandan qovulub. Yekun nəticə isə daha acınacaqlı olub - 0:6.

2007-ci ildən təşkil edilən qitə çempionatının final mərhələsi gələn il mayın 9-dan 22-dək İsveçdə keçiriləcək. Milli komandamız qrupda növbəti oyunlarını 20 və 23 oktyabrda keçirəcək. Əvvəlcə Norveç, ardından Farer adaları ilə qarşılaşacağıq. Hər iki matç 16:00-da başlayacaq.

AÇ-2020. 5-ci qrup. 1-ci tur

17 oktyabr

Azərbaycan - Sloveniya 0:6

Qollar: Mança Suxoverşnik, 13, 19, 20, Kayzba, 78-pen., Sabotiç, 86, Mele, 89.

Qırmızı vərəqələr: Milana Rəhimova, 44, Aysun Muradova, 45+4.

Qaçırılmış penalti: Selma Sabotiç, 45+2.

Hakimlər: Katerina Usova (Ukrayna)

Yan xətt hakimləri: Svetlana Qruşko (Ukrayna), Hentse Petur Palla Uinter (Farer adaları)

Dördüncü: Rani Andarsson Skaalum (Farer adaları)

Farerlər, Torşvolur, Torşhavn.

Azərbaycan: 1.Aytac Feyzullayeva, 2.İrem Bir, 4.Alina Nəhmədova, 6.Aysun Muradova, 7.Lamiyə Əlizadə, 8.Arzik Semanur, 9.Milana Rəhimova, 10.Nisrine Zerioul, 11.Edanur Mutlu, 14.Bushra Yabancı, 17.Pərvin Fəfərəliyeva.

Ehtiyat oyunçular: 13.Nübar Eminova, 12.Mədinə Gözəlova, 3.Samirə Aşırova, 5.Leyla Ağayeva, 15.Jasmin Abdullayeva, 16.Züleyxa Zamanlı, 18.Fidan Cəfərova, 19.Rübabə Atakişizadə, 20.Nahidə Məmmədova.

Baş məşqçi: Zamir Həsənov.

Sloveniya: 1.İva Koçijan, 2.Ana Fluher, 3.Selma Sabotiç, 4.Nina Kayzba, 6.Saşa Kolar, 7.Timea Roynik, 8.Korina Lara Janes, 9.Sara Qradizek, 10.Mansa Suxoverşnik, 18.Anya Eferl, 20.Zarya Suşnik.

Ehtiyat oyunçular: 12.Lili Sofiya Balajiç, 5.Nina Mele, 11.Nina Sofia MakKuarri, 13.Ema Erman, 14.Daşa Dolensek, 15.Lara Lobe, 16. Patrisiya Ham, 17.Laura Senk, 19.Patria Steklaçiç.

Baş məşqçi: Tina Kelenberger.

Digər Xəbərlər
Xəbər Lenti