Superkubokun hakimi Azərbaycan - İspaniya oyununda

2 Oktyabr 2019 15:14 Qadın futbolu 671
Superkubokun hakimi Azərbaycan - İspaniya oyununda

Qadınlardan ibarət Azərbaycan millisinin AÇ-2021-in seçmə mərhələsində İspaniya ilə səfərdə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, UEFA qarşıdakı oyunu irlandiyalı hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanı Paula Bredi idarə edəcək. Ona Mişel Onillə Olivia Sneyd kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orla Devani yerinə yetirəcək.

Oktyabrın 4-də La Korunyadakı "Estadio Munisipal de Riasor"da keçiriləcək İspaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Yan xətt hakimi Mişel Onil avqustda UEFA Superkubokunda "Liverpul"la "Çelsi" arasında keçirilən matçda da hakimlər briqadasında yer alıb. 2:2 hesabı ilə başa çatan həmin görüşdə "Liverpul" penaltilər seriyası ilə qalib gəlib - 5:4.

Azərbaycan və İspaniya millilərindən başqa, D qrupunda Çexiya, Moldova və Polşa da mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti